CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə saxta məlumat yayan şəxslər saxlanılıblar

© AFP 2023 / PHILIPPE HUGUENМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, profilaktiki söhətlər aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib

BAKI, 16 iyul — Sputnik. Şəmkirdə sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 12-dən etibarən Ermənistan silahlı qüvvələri ilə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayon ərazisində yürüş keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimlikləri müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, profilaktiki söhətlər aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Həsənov 20, H.Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti
0