CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

© AFP 2023 / ROSLAN RAHMANSMS yazan adam, arxiv şəkli
SMS yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

BAKI, 14 iyul — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar sms göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

SHXÇDX-dən Sputnik Azərbaycan-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir".

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Xəbər lenti
0