Buludlu hava

Yay havası gözlənilmir: Yağış dolu olacaq

16
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

BAKI, 11 iyul – Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 12 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

12 iyulda Azərbaycanın rayonlarında gecə və səhər şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 19-24, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə  isti olacaq.

16
Stasionar telefon, arxiv şəkli

Müdafiə Nazirliyində valideynlər üçün fasiləsiz qaynar telefon xətləri açıblar

2
(Yenilənib 16:14 05.12.2020)
Vətəndaşlar qeyd olunan nömrələrə zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər

BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.

2
Teqlər:
qaynar xətt, valideynlər, hərbçilər, telefon, Müdafiə Nazirliyi
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: bir sutkada 4323 xəstə aşkarlandı

3
Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 323 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ümumilikdə Azərbaycanda indiyədək 142 323 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ölkədə son sutka ərzində 20778, hazırkı dövrədək isə 1 817 804 test aparılıb.

3
Teqlər:
ölənlər, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər