YPX əməkdaşı, arxiv şəkli

Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva

87
"Biz rayonlara gediş-gəlişə imkan yaratsaq, yoluxma az olan rayonlarımızı riskə atmış olarıq. Amma istənilən halda epidemioloji vəziyyət nəzərə alınaraq, hər zaman müzakirə edilir".

 

BAKI, 10 iyul — Sputnik. "Azərbaycanda karantin rejiminin tətbiq edilməsi bəzən narazılıqla qarşılanır, insanlar rayonlara getmək üçün karantinin götürülməsini istəyirlər". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri  Nazirlər Kabinet yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, bu cür pandemiyalarda karantinin tətbiqi əsas şərtdir: "Biz rayonlara gediş-gəlişə imkan yaratsaq, yoluxma az olan rayonlarımızı riskə atmış olarıq. Amma istənilən halda epidemioloji vəziyyət nəzərə alınaraq, hər zaman müzakirə edilir".

Y.Qarayeva vurğulayıb ki, vətəndaşların məsuliyyəti olmadan virusa qalib gəlmək mümkün deyil: "Yoluxanlarla sağalanlar arasında fərqin azalması müsbət göstəricidir. Nə qədər həkimlər çalışsa da, nə qədər qayda-qanun qoyulsa da, bir yerdə mübarizə aparmasaq, virusa qalib gələ bilmərik. Bu, vətəndaşların qaydalara ciddi riayət etməsinin nəticəsidir".

87
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (345)
Əlaqədar
Sərtləşdirilmiş xüsusi karantin rejimi 16 bölgədə tətbiq olunacaq
Yevlax xəstəxanasının vəzifəli şəxsləri karantin qaydalarını qəribə üsulla pozub
Karantin rejimi, dəniz sevdası: boşluqda aydın seçilənlər - FOTO
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Karantin rejiminə meydan oxuyanlar cərimə edilirlər
Nişan üzükləri, arxiv şəkli

Evlənənlər "üç manat pul, bir kəllə qənd, bir molla" variantına keçməlidirlər

0
(Yenilənib 12:29 15.08.2020)
Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir.

BAKI, 15 avqust — Sputnik. "Toylar kütləvi tədbirlər kateqoriyasına aiddir. Bu səbəbdən yalnız masa arxasında makadan istifadə edilməməsinə icazə verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən ictimai iaşə yerlərinin açılmasına icazələr veriləndə toylar nəzərdə tutulmur.

Hacıyev deyib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi müsbət addım olardı: “Lakin digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub".

"Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”, - deyə H.Hacıyev əlavə edib.

0
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılmaması fəsadlara yol açır - Operativ Qərargah

10
(Yenilənib 12:23 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

Hacıyev bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da azyaşlıların ən çox cəmləşdiyi yer təhsil müəssisələridir: “Hətta ali təhsil müəssisələrində də çox sayda tələbə toplaşır. Bu ölkə əhalisinin çox böyük hissəsini əhatə edir. Bu məsələlər epidemioloji vəziyyətdən asılı olaraq qiymətləndirilməlidir. Məktəblərin açılması ilə əlaqədar müraciət edən valideynlər var. Amma əksinə, açılmaması üçün də müraciət edənlər var. Koronavirusa qarşı mübarizədə ilk bağlanan müəssisələrdən biri məktəblər. Bu, bütün dünyada belədir. Bu məsələ hər birimizi narahat edir. Uşaqlar üçün çox çətindir. Onların kompüter oyunlarına aludəliyi artmağa başlayıb. Uşaqlara da psixoloji baxımdan təsir edən məqamlar var”.

10