Yağışlı hava, arxiv şəkli

Yağış, bulud, leysan - İstirahətə aidiyyəti olmayan günün hava proqnozu

13
(Yenilənib 15:08 10.07.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 10 iyul — Sputnik. İyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

11 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

13
Xəzər dənizi, arxiv şəkli

Dənizlə bağlı qorxunc iddialara reaksiya: Avropalı alimlərin Xəzərdən anlayışı yoxdur

1
Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər. Azərbaycanlı mütəxəssislər bunları cavablandırıblar

BAKI, 22 yanvar — Sputnik. Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

“Bunlardan biri də dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlıdır. Baxmayaraq ki, Xəzər dənizinin səviyyə dəyişmələrinə aid açıqlamalar vaxtaşırı mütəxəssislərimiz tərəfindən işıqlandırılır”.

U.Tağıyeva əhaliyə bu cür proqnozların heç bir tarixi əsasının olmadığını və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə almalarını tövsiyə edib: “Ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb. Belə ki,  1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə - Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən, dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb.

“Avropalı alimlərin verdiyi proqnoz onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qalxdıqca güclü buxarlanma baş verir və səviyyənin  aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsinin yenidən qalxır”.

Akademik onu da qeyd edib ki, riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətə uyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur.

“Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir.

1
Teqlər:
mütəxəssis, səviyyə, Xəzər dənizi
Adil Qeybulla

Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

6
(Yenilənib 09:40 22.01.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər
Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:

“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya