COVİD-19 xəstəsi, arxiv şəkli

Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb

19
(Yenilənib 22:07 09.07.2020)
Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

BAKI, 9 iyul – Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 329 nəfərə çatıb. Xatırladaq ki, dünən xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfər idi.

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (263)
Təcili yardım avtomobili, arxiv şəkli

Qəbələdə ehtiyatsızlıq azyaşlının ölümü ilə nəticələndi

1
Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri dünyasın dəyişib. Dünyasın dəyişən 4 yaşlı uşaq olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Yemişanlı kəndində baş verib. Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyevi və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi elektirik xətlərinin kustar üsulla evlər arasında çəkilməsi olub.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

1
Yanğınsöndürənlər, arxiv şəkli

Bir gündə ikinci böyük yanğın: Bu dəfə Hacıqabulda - FOTO

42
(Yenilənib 21:57 07.08.2020)
Günün ikinci böyük yanğın xəbəri Hacıqabuldan gəldi. Bu dəfə də deyəsən SOCAR-a bağlı obyekdə insident olub.

BAKI, 7 avqust — Sputnik. Hacıqabul rayonu ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Sosial şəbəkədə isə Hacıqabul ərazisində qaz kəmərində partladığı yazılır.

42