CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarın qardaşdan irəlidir! Koronavirusa tutulmuş şəxsi ət dükanında ələ keçirdilər

© AFP 2023 / GEOFFROY VAN DER HASSELTМясная лавка, фото из архива
Мясная лавка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
COVİD-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb

BAKI, 8 iyul — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Жаир Болсонару - Sputnik Azərbaycan
Koronavirus zarafat sevmir: xəstəliyi vecinə almayan prezident yoluxdu

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a  verilən məlumata görə, Cəlilabad şəhər sakini R.Əliyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVİD-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb. Onun barəsində toplanmış materiallar müvafiq qərar qəbul olunmasından ötrü Cəlilabad RPŞ-nin istintaq bölməsinə verilib.

Xəbər lenti
0