Qadın icaze.e-gov.az sayt;nda qeydiyyatdan keçir

"Özünüzü" tapın! Karantin dövründə icazə verilən fəaliyyət növləri açıqlandı

324
(Yenilənib 17:36 06.07.2020)
İcazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlanılmalıdır.

BAKI, 6 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə "icaze.e-gov.az" portalından icazələrin alınması ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan Nazirliyə istinadən xəbər verir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir.

İcazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlanılmalıdır.

Fəaliyyət sahələri və kodları əlavə olunur.

324
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

13
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

13
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı