CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin dövründə "play station" kefi - Qaydaları pozan zal aşkar edildi

© AFP 2023 / JOEL SAGETДжойстик Playstation 4, фото из архива
Джойстик Playstation 4, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

BAKI, 6 iyul — Sputnik. Nizami rayonu "8-ci kilometr" qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən "play station" oyun zalı aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev 39/41 ünvanında 9 mərtəbəli binanın zirzəmisində "play station" salonunun işlədiyi məlum olub.

Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

Xəbər lenti
0