CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rüşvəti yardım adı ilə rəsmiləşdirənə cinayət işi açıldı

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 6 iyul — Sputnik. Hüquqi şəxs və onun direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

DİN əməkdaşları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məhdudiyyətlərin tətbiqi qaydalarını pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, "Fakt Araşdırıcı-N" MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanmasıdır.

Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, milli cinayət-hüquq sisteminə implementasiya edilmiş "hüquqi şəxslərin cinayət məsuliyyəti" institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu - Sputnik Azərbaycan
CƏMİYYƏT
KİVDF-dəki pozuntularla bağlı cinayət işi başlandı

Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi "Fakt Araşdırıcı-N" MMC barəsində də Azərbaycan Respublikası CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xəbər lenti
0