CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki polis zabitimiz koronavirusdan vəfat edib

Abunə olmaq
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib

BAKI, 6 iyul — Sputnik. Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.

Sputnik Azərbaycan "Report" agentliyinə istinadən xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Xəbər lenti
0