Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Quraqlıq dövrünün xilaskarı: "Bizim Xəzərimiz var, biz susuz qalmarıq..." REPORTAJ

312
(Yenilənib 17:09 06.07.2020)
Bu kompleks yerləşdiyi ərazinin suya olan tələbatını ödəyir və ölkədə texniki sudan istifadə sahəsində nümunəvi bir müəssisədir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Son illərdə iqlim dəyişmələri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması hazırda bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Belə bir vaxtda, təbii ki, ehtiyat mənbələr, ondan istifadənin səmərəliliyi, tələbatın ödənilməsi üçün yeni texnologiyalardan istifadə məsələləri aktuallaşıb.

Əslində, dünyanın bir sıra ölkələrində su çatışmazlığı probleminin həlli ilə bağlı alternativ mənbələrdən, müasir texnologiyalardan kifayət qədər istifadə edilir və nümunələr də var.

© Sputnik / Irade JELIL
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Azərbaycanda da hələ 2013-cü ildə dövlət investisiyası hesabına belə bir yeniliyə imza atılıb, gələcəyə hesablanan alternativ su mənbəyindən istifadə texnologiyası tətbiq edilib. Söhbət Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksindən gedir.

Kompleks Salyan rayonunun Xıdırlı kəndində yerləşir və 7 ildir ki, fəaliyyət göstərir. Düzdür, əgər belə demək mümkündürsə, kompleksdən hələlik pilot bir layihə kimi istifadə edilir. Amma yəqin ki, yaxın perspektivdə zavodun istismar gücünün artırılması barədə də düşünüləcək.

© Sputnik / Irade JELIL
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Lakin indiki gücü ilə də bu kompleks yerləşdiyi ərazinin suya olan tələbatını ödəyir və ölkədə texniki sudan istifadə sahəsində nümunəvi bir müəssisədir.

Sputnik Azərbaycan-ın əməkdaşı Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində olub və müəssisənin fəaliyyətindəki özəllikləri qeyd edib.

2013-cü ildən fəaliyyətə başlayan müəssisə ilkin mərhələdə gündə 1000 m3 həcmində dəniz suyunu duzsuzlaşdırıb, 2016-cı ildə zavodun gücü ikiqat artırılıb.

  • Dəniz suyunun duzsuzlaşdırılması kompleksi
    © Sputnik / Irade JELIL
  • Dəniz suyunun duzsuzlaşdırılması kompleksi
    © Sputnik / Irade JELIL
  • Dəniz suyunun duzsuzlaşdırılması kompleksi
    © Sputnik / Irade JELIL
  • Dəniz suyunun duzsuzlaşdırılması kompleksi
    © Sputnik / Irade JELIL
  • Dəniz suyunun duzsuzlaşdırılması kompleksi
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Müəssisənin direktoru Qabil Teymurovun sözlərinə görə, hazırda müəssisədə gün ərzində 2000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur: "Su Xəzər dənizinin sahildən 12 kilometrliyindən götürülür. Emal prosesindən sonra suyun 40 faizi içməli su kimi ayrılır. İstehsal zamanı ayrılan qatı duzlu su yenidən dənizə qaytarılır. Hazırda duzsuzlaşdırılan şirin suyun 98 faizi suvarmada, 2 faizi isə minerellaşdırılaraq məişətdə istifadə edilir".

© Sputnik / Irade JELIL
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Müəssisə rəhbəri deyir ki, onlar özləri də bu təmizlənmiş sudan istifadə edirlər.

"Bu kompleksin yaradılması da ona hesablanıb ki, gələcəkdə, əkin sahələrinin miqyası genişləndikcə, əhalinin suya olan tələbatı artdıqca, dəniz suyundan duzsuzlaşdırılaraq istifadə edilsin. Artıq 7 ildir ki, Azərbaycanda bu texnologiya qurulub və hazırda yaşıllıqların suvarılması üçün istifadə olunur" – deyən direktor əlavə edib ki, bu su lazım gələrsə içməli su kimi də istifadəyə tam yararlıdır.

© Sputnik / Irade JELIL
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Onun sözlərinə görə, burada nazirliyin təmizlənmiş sudan istifadə edilməklə, damcılı suvarma sistemi vasitəsilə ildə 1 milyon ədəd ağac və kol, o cümlədən dekorativ bitkilər yetişdirməyə imkan verən tinglik sahəsi fəaliyyət göstərir və bu su ilə yol kənarında nazirlik tərəfindən salınmış yaşıllıq massivləri də damcılama üsulu ilə suvarılır: "Hesab edirəm ki, bu, sudan səmərəli istifadə sahəsində bir nümunədir və gələcəkdə, ilkin mərhələdə Xəzərin suyundan ölkə üzrə texniki su kimi istifadəyə keçid etmək olar. Bununla şirin su ehtiyatlarına kifayət qədər qənaət edilə bilər".

© Sputnik / Ilham Mustafa
Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

Q. Teymurovun fikrincə, zavodun gücünü artırmaqla, hələlik yaxınlıqdakı böyük qəsəbələri, sonrakı mərhələlərdə isə digər böyük əraziləri su ilə təmin etmək mümkündür, çünki dünyada İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı kimi dövlətlər dəniz suyunu emal etməklə suya olan tələbatlarının 80 faizini ödəyirlər.

312
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

1
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

1

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

1
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

1