Türkiyədən gələn humanitar yardım, arxiv şəkli

Qardaş köməyi gəldi: Türkiyə koronavirusla mübarizə üçün yardım göndərib

25
(Yenilənib 16:20 05.07.2020)
"Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik”-deyə, məlumatda qeyd olunub. 

BAKI, 5 iyul – Sputnik. Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərilib.

“Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və halhazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik”-deyə, məlumatda qeyd olunub. 

25
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

3
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

3

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

2
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

2
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Xaricdəki azərbaycanlıların gətirilməsi ilə bağlı problemlər var

0
(Yenilənib 11:55 15.08.2020)
Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur

BAKI, 15 avqust — Sputnik. "Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı ciddi problemimiz var. Uçuş reyslərinin təşkilində müəyyən çətinliklər var. Mərkəzi Asiya, Qazaxıstan, Türkmənistanda bir neçə vətəndaşımız qalıb ki, gələn həftə onların bərə ilə gətirilməsi təşkil olunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan Rusiya vətəndaşlarının quru yolu ilə ölkəsinə getməsi təmin olunur, eyni zamanda da eyni marşrut üzrə Rusiyada olan vətəndaşlarımızın müəyyən qrafiklə ölkəmizə keçidi təmin olunur: "Eyni mexanizmlə Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da keçidi təmin olunur".

0