Anket doldurmaq, arxiv şəkli

Pandemiya dövrünün ehtiyacı: İndi daha çox onlara tələbat var - ARAŞDIRMA

10902
(Yenilənib 11:56 05.07.2020)
Sputnik Azərbaycan-ın araşdırması pandemiya dövründə ən çox hansı işçilərə ehtiyac olduğunu üzə çıxardı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. COVİD-19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq bu gün müxtəlif sahələrdə böhran yaranıb. Bir çox müəssisələr işçi qəbulunu dayandırıblar. Buna misal olaraq, tikinti şirkətlərini də göstərmək olar. Artıq bəzi tikinti şirkətləri yeni layihələrin icrasına ara verdikləri üçün işçi qəbulunun dayandırılması ilə yanaşı, işçilərin sayını da azaldıblar.

Bəs, pandemiya dövründə əsasən hansı sahələrə tələbat var?

Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb. Son günlər saytlara yerləşdirilən müxtəlif iş elanlarına nəzər yetirəndə, mənzərə aydın olur. Beləliklə, daha çox işçiyə ehtiyac olan sahələri belə sıralaya bilərik:

- Müxtəlif xidmətlər üzrə - 630

- Administrasiya və idarəetmə üzrə vakansiyaların sayı 350, əmək haqqı 100-3000 manat arasında dəyişir (3000 manata iş isə Tacikistandadır)

- Satış üzrə vakansiyaların sayı - 407, əmək haqqı 300-2200 manat

- Təhsil və elm üzrə vakansiyaların sayı - 278, əmək haqqı 100-1500 manat

- Maliyyə üzrə vakansiyaların sayı - 250, əmək haqqı isə 200-2000 manat

- Marketinq üzrə vakansiyaların sayı - 154, əmək haqqı 300-2000 manat

- İstehsal və servis üzrə vakansiyaların sayı - 126, əmək haqqı 300-2000 manat

- Tibb və əczaçılıq üzrə vakansiyaların sayı - 109, əmək haqqı 200-3000 manat

- İnformasiya texnologiyaları sahəsində vakansiyaların sayı - 94, əmək haqqı 400-2900 manat

- Memarlıq və tikinti üzrə vakansiyaların sayı - 69, əmək haqqı 100-2000 manat

- Dizayn üzrə vakansiyaların sayı - 63, əmək haqqı isə 300-2000 manat arasında dəyişilir.

- Sənaye və kənd təsərrüfatı  üzrə vakansiyaların sayı - 52, əmək haqqı isə 100-1500 manat arasında dəyişilir.

- Hüquqşünaslıq  üzrə vakansiyaların sayı - 18, əmək haqqı 300-2000 manat.

Göründüyü kimi memarlıq, tikinti, dizayn, marketinq üzrə işçiyə tələbat öncəki aylarla müqayisədə azalıb. Öncəki aylarda elan saytlarında ən çox rast gəlinən iş yerləri məhz memarlıq və tikinti sahəsində idi.

Sosioloq Əhməd Qəşəmoğlu Sputnik Azərbaycan-a açıqlamasında iş yerləri, vakansiyalarla bağlı yaranmış ümumi vəziyyəti dəyərləndirib: "Bu gün əksər yerlər işçi götürməkdə maraqlı deyil. Çünki sərt karantin rejimi tətbiq olunduqda işçini işə çıxarda bilmir. Ümumiyyətlə, pandemiyadan sonrakı mərhələdə biz müəyyən dəyişiklikləri görə biləcəyik. Xidmət sahələri, sosial işə ehtiyac çox olacaq".

3 saylı DOST mərkəzi
© Official website of President of Azerbaijan Republic

Əhməd Qəşəmoğlunun fikrincə, bu gün işə qəbulun dayandırılmasının digər səbəbi işəgötürənin vergidən yayınmaq üçün işçini rəsmi olaraq işə qəbul etməməsidir. Belə olan halda, işəgötürən indiki şəraitdə həmin işçini icaze.e-gov.az saytında qeydiyyatdan da keçirə bilmir.

"İşçinin rəsmi olaraq işə qəbulu ilə bağlı bizdə çoxsaylı problemlər var. Ya şəxs rəsmi işçi kimi işə götürülmür, ya da ki, maaş kifayət qədər aşağı göstərilir. Bununla da işəgötürən vergidən yayınır", - deyə sosioloq əlavə edib.

10902
Teqlər:
sayt, şirkət, pandemiya, işçi,
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı