CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çaydan, qəhvədən ölmək olarmı?

© Sputnik / Murad OrujovВторой бакинский фестиваль чая и кофе
Второй бакинский фестиваль чая и кофе - Sputnik Azərbaycan
Abunə olmaq
Narkoloq Mixail Zobinin sözlərinə görə, qəhvə və ya çay dozasının aşılması ölümə səbəb ola bilməz. Çünki ölümə səbəb ola biləcək dozanı insan içə bilməz. Ancaq xüsusi cihazlarda hazırlanmış espresso qəhvəsinin taxikardiya, ürəkbulanması kimi toksiki təsirləri ola bilər.

BAKI, 4 iyul — Sputnik. Dünən Böyük Britaniyanın Kembric qraflığının Piterboro şəhərinin sakini kofeinli içkiləri həddən artıq qəbul etdiyi üçün ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, psixatr, narkoloq Mixail Zobinin sözlərinə görə, qəhvə və ya çay dozasının aşılması ölümə səbəb ola bilməz. Çünki ölümə səbəb ola biləcək dozanı insan içə bilməz. Ancaq xüsusi cihazlarda hazırlanmış espresso qəhvəsinin taxikardiya, ürəkbulanması kimi toksiki təsirləri ola bilər.

Традиционный азербайджанский чай, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Çay nədir, say nədir” deyimi artıq aktual deyil – Saymasanız, bəlasına düşərsiniz

Bu daha çox ürək-damar sistemi xəstəliyi olan şəxslərə yüksək təzyiqi olan şəxslərə təsir göstərə bilər.

Buna görə də, hər hansı bir maddəni qəbul etdikdən sonra ölüm baş verirsə, bu zaman hadisə məhkəmə-tibbi ekspertizası tərəfindən araşdırılmalıdır.

Təcrübələr göstərir ki, səbəb çox zaman kofein deyil, digər əlaqəli maddələr olur.

Narkoloqun sözlərinə görə, enerji içkilərində də zərər kofeinlə bağlı deyil.

"Problem spirtlə bu içkilərin birlikdə qəbul edilməsindədir. Kofein və spirt iki fərqli təsir göstərir. Biri sakitləşdirir, digəri qıcıqlandırır. Və bu kombinasiya əlavə risklər yaradır. Xüsusilə bəzi psixoaktiv maddələrin əlavə istifadəsi olduqda bu daha acınacaqlı vəziyyət alır. Ancaq müəyyən bir miqdarda qəhvə və ya çayla əlaqəli kofeindən ölüm absurd bir vəziyyətdir", - deyə həkim əlavə edib.

Xəbər lenti
0