Quraqlıq, arxiv şəkli

Umayra Tağıyeva proqnozu açıqladı: "Əsas səbəb quraqlıqla bağlıdır"

8
(Yenilənib 15:32 03.07.2020)
Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm də bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir

BAKI, 3 iyul — Sputnik. Su çatışmazlığı problemi ilə bağlı aparılan diskussiyalara mütəxəssis rəylərinin verilməsi və mövcud durumun real təhlili günün aktual mövzusuna çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bununla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, quraqlıq təbii proses olduğuna görə, sözsüz ki, kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya tələbat ilbəil artsa da, bu amil bu il yaranmış su çatışmazlığının səbəbi deyil: "Əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər, çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Və bunu nəzərə alaraq, bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaq olmalıdır.

Bu istiqamətdə bütün səylər birləşməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm də bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.

Bu ilin may ayında düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında 4 dəfəyədək az olub, aran rayonlarında normanın cəmi 11-28 faizini, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19 faizini, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib. Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir".

Onun sözlərinə görə, hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən, həmin dövr üçün Kür çayından daxil olan suyun (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək az olacağı, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz arasında az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi.

U.Tağıyeva əlavə edib ki, bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və çaylarda aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb. Hazırda müşahidə olunan vəziyyət gözlənilən az sululuğun nəticəsidir.

Keçmişdə də ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq qeydə alınıb. Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq da çayların sululuğuna mənfi təsirini göstərmişdi.

Qeyd edək ki, iqlim dəyişmələri son zamanlar özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.

Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıq olsa da, təbii səbəblərlə yanaşı, antopogen təsirlərin də olduğunu müşahidə edirik.

8
Əlaqədar
Milli Məclisdə susuzluğumuzu müzakirə etdilər
Neftçalalılar yenidən təbii və qarşısıalınmaz problemlə rastlaşıblar - Ümid ancaq Kürədir
Koronavirus suyumuza da əl qoydu: rejim düzəlməsə, çox pis olacaq
Azərbaycanın dərdi Avropa İttifaqının da qulağına çatdı
Kosmos, qonşularımız və özümüz - susuzluğa günahkar yox, çarə tapmağın zamanı gəldi
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı suallar hələ açıq qalır

3
(Yenilənib 12:15 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

3
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

4
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

4