Bəhram Bağırzadə, arxiv şəkli

Bəhram Bağırzadə komadan ayıldı

63
(Yenilənib 13:20 02.07.2020)
Əməkdar artistin səhhətində qismən bərpa olunma baş verir, amma vəziyyətinin hələ də ağır olduğu qeyd edilir

BAKI, 2 iyul – Sputnik. Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan və Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə komadan ayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə bildirib. O, qeyd edib ki, son dərəcə xoşbəxtdir, hər şey arxada qalıb və tezliklə həyat yoldaşı ilə görüşə biləcək.

Şəhla Bağırzadə eyni zamanda vəziyyətin ağır olduğunu qeyd edib: "Özünə gəlsə də, hələ süni nəfəs aparatı vasitəsilə ciyətləri oksigenlə təmin edilir. Hkimlərin sullarına cavab verib. Mən onunla hələ görüşməmişəm. amma bu anı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov dünən həkimlərin B. Bağırzadəni EKMO cihazından ayırdıqlarını bildirmişdi.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

63
Teqlər:
müalicə, yoluxma, Bəhram Bağırzadə, COVID-19, Koronavirus
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (270)
Əlaqədar
Bəhram Bağırzadənin ciyərləri dəyişdiriləcək?
Bəhram Bağırzadə əslində haradadır? - Səs yazısını şərh etdilər
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama verildi
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son məlumat açıqlandı
Əldə bıçaq, arxiv şəkli

Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər

1
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 14 avqust — Sputnik. Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1
Əlaqədar
Şəmkirdə qohumlar arasında dava - ölən var
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü
 Pandemiya zamanı imtahan, arxiv şəkli

DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi

4
(Yenilənib 12:20 14.08.2020)
İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək

BAKI, 14 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər "qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən 17-21 və 24 avqust tarixlərində 2020/2021-ci tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçiriləcək.

İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.

Abituriyentlər 14-18 avqust 2020-ci il tarixlərində DİM-in saytından "qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qabiliyyət imtahanları təsviri sənət istiqaməti ilə başladığına görə bu istiqamət üzrə imtahan verən abituriyentlərə buraxılış vərəqələrini avqustun 16-na qədər çap etmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

142, 143, 342-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

4