Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov müşavirə keçirdi: rəhbərlər qarşısında yeni tələb qoydu

47
(Yenilənib 21:14 01.07.2020)
Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib

BAKI, 1 iyul — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

47
Teqlər:
müşavirə, Baş nazir, operativ qərargah, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (433)
Əlaqədar
Bakıdakı polis postları niyə yığışdırılır?
Polis sabahdan nəzarəti daha da gücləndirəcək: icazəni də kameralar "yoxlayacaq"
Xəlvəti qonaqlıq bərdəlilərin burnundan gəldi
Şəmkirdəki toyun "səsi" hələ indi çıxır
Koronavirus, isti keçən havalar və günvurma – Hər şey qəsdimizə durub
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

21
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

21