Azərbaycandan bəzi tibb yönümlü malların çıxarılması qadağası uzadıldı

11
(Yenilənib 20:50 30.06.2020)
Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib

BAKI, 30 iyun – Sputnik. Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.

Siyahıya aşağıdakı mallar daxildir:

- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

- Dezinfeksiyaedici vasitələr

- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

- Baxillər

- Steril və qeyri-steril əlcəklər

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

istehsalında istifadə olunan parçalar

- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

tənəffüs aparatı

- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.

11
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

15
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

15

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

16
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

16