CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər

© Sputnik / Murad OrujovСотрудники полиции проверяют разрешения жителей столицы для выхода на улицу
Сотрудники полиции проверяют разрешения жителей столицы для выхода на улицу - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın hər bir yerində koronavirus təhlükəsi aradan qalxmadıqca tam təhlükəsiz olduğunu deyə bilməyəcəyik

BAKI, 30 iyun – Sputnik. “Operativ Qərargah ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti altında fəaliyyət göstərir”.

Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha 556 nəfərdə koronavirus tapıldı, 7 nəfər vəfat etdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.

Onun sözlərinə görə, dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil: “Dünyada bunun nə vaxt çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır”.

H. Hacıyev deyib ki, bu pandemiyanın nə zaman başa çatacağı, virusa nə zaman qalib gələcəyimiz barədə məlumat yoxdur: “Pandemiya tək səhiyyə problemi deyil. Koronavirus dünyada çox böyük sosial, iqtisadi, maliyyə və digər prloblemlərə yol açır. Koronavirus dünyada mövcud olan aclıq, yoxsulluq və digər problemləri də ağırlaşdırır. 1933-cu il böhranından bu yana görünməmiş qlobal tənəzzül proqnozlaşdırılır. Dünyada virusa yoluxan 500 mindən artıq insan həyatını itirib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın hər bir yerində koronavirus təhlükəsi aradan qalxmadıqca tam təhlükəsiz olduğunu deyə bilməyəcəyik: “Ona görə də dünya ölkələrində müəyyən açılmalar olur, sonra virusa yoluxma artır və yenidən karantin tətbiq olunur”.

Xəbər lenti
0