Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlılar rusiyalı məzunlar üçün öz hitlərini oxudular

© Photo : Instagram / jony.me Певец Jony (Джахид Гусейнли)
Певец Jony (Джахид Гусейнли) - Sputnik Azərbaycan
Abunə olmaq
"Vkontakte" sosial şəbəkəsi hər il məktəbi bitirənlər üçün "Əsas məzun günü" adlı konsert təşkil edir. Bu dəfə koronavirus pandemiyası ilə bağlı müğənnilərin çıxışı onlayn rejimdə baş tutub. Konserti Jony açıb, daha sonra isə HammAli & Navai dueti çıxış edib.

BAKI, 30 iyun — Sputnik. Rusiyada populyar azərbaycanlı müğənnilər Jony (Cavid Hüseynli) və HammAli & Navai (Aleksandr Əliyev və Nəvai Bəkirov) Rusiyada məzunlar üçün ən böyük onlayn-şənlikdə iştirak ediblər. Bu barədə Sputnik Azərbaycan-a müğənnilərin iştirakçısı olduğu musiqi leyblının mətbuat xidmətindən məlumat verilib.

"Vkontakte" sosial şəbəkəsi hər il məktəbi bitirənlər üçün "Əsas məzun günü" adlı konsert təşkil edir. Bu dəfə koronavirus pandemiyası ilə bağlı müğənnilərin çıxışı onlayn rejimdə baş tutub. Konserti Jony açıb, daha sonra isə HammAli & Navai dueti çıxış edib. Bundan əlavə, virtual şouda rusiyalı ulduzlar – Klava Koka, Basta, Timati, Zivert, Niletto və digərləri çıxış edib. Hər bir müğənni öz hit mahnısını ifa edib.

Coni isə dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib.

View this post on Instagram

A post shared by JONY (@jony.me) on

Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) bu gün bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda anadan olsalar da, Rusiyada yaşayıb işləyirlər. 2017-ci ildə populyarlaşmağa başlayıblar. Onların ilk hiti "Tı moya ximiya" Rusiyanın ən çox dinlənilən mahnılarının TOP-20-liyinə daxil olub.

Xəbər lenti
0