Hövsan yaşayış kompleksi, arxiv şəkli

Bəzilərinin son ümidi Güzəştli evlər satıldı

29
(Yenilənib 22:17 30.06.2020)
Bu saata olan məlumata görə seçilmiş 249 mənzilin 222-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

BAKI, 30 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 30.06.2020-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 249 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 14878 nəfərdir.

Bugünkü satış zamanı 249 mənzilin seçimində iştirak edənlərin sayı 1270 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 249 mənzilin 222-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 3 iyul 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil" sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et" düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

29
Qəzaya düşmüş şəxs, arxiv şəkli

Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək

4
(Yenilənib 14:48 22.01.2021)
Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir

BAKI, 22 yanvar — Sputnik. Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

4
Sputnik V peyvəndini, arxiv şəkli

Ekspert "Sputnik-V" peyvəndinin digər preparatlardan yenilikçi fərqini açıqladı

1
(Yenilənib 14:28 22.01.2021)
"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı"

BAKI, 22 yanvar — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik-V" peyvəndi birvektorlu preparatlardan daha yaxşı nəticə göstərir – bu fikri Rusiya vaksini üzrə beynəlxalq elmi məsləhət şurasının mütəxəssisi Karlos Sala səsləndirib.

"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı, çünki eyni platformadakı peyvəndlərlə müqayisədə nəticələr daha yaxşıdır", – deyə RİA Novosti ondan sitat gətirərək bildirir. Ekspert bunu "yenilikçi nəticə" adlandırıb.

Qeyd edək ki, "Sputnik-V" peyvəndi SARS-CoV-2 virusunun spark zülalının daxil olduğu adenoviral vektorlar əsasında yaradılıb. Adenovirusların özləri çoxalma qabiliyyətindən məhrumdur - onlar insan orqanizminin hüceyrələrinə genetik material (antigen) çatdırma funksiyası daşıyır.

Rusiyanın COVID-19 əleyhinə peyvəndi

Avqust ayında Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış və Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunan COVID-19 əleyhinə dünyada ilk peyvəndi qeydə aldı. Ona "Sputnik-V" adı verildi. Preparat üç həftəlik fasilə ilə iki komponentin tətbiq edilməsini nəzərdə tutur.

Koronavirusa qarşı ikinci rus peyvəndi olan "EpiVacCorona" "Vektor" Novosibirsk mərkəzinin preparatıdır. Bundan başqa, Rusiya Elmlər Akademiyasının Çumakov adına İmmunobioloji Tədqiqatların Araşdırılması və İnkişafı Mərkəzində "canlı" peyvəndin klinik sınaq mərhələsi davam edir. Artıq qeydiyyatı üçün sənədlər Səhiyyə Nazirliyinə təqdim olunub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Sputnik radiosu Macarıstanda bu məsələləri tənzimləyən qurumun "Sputnik-V" peyvəndinin təsdiqlənməsini tövsiyə etdiyi barədə məlumat vermişdi.

 

1
Teqlər:
Sputnik-V peyvəndi, vaksin, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Gömrük məntəqəsi, arxiv şəkli

Bəzi malların idxalından üç il ərzində gömrük rüsumu tutulmayacaq

0
(Yenilənib 15:21 22.01.2021)
Bəzi məhsullar idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulacaq

BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

0