CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yayın ikinci ayı "silahlanıb" gəlir

© pixabay / xuuxuuВосход солнца, фото из архива
Восход солнца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 30 iyun — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

1 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23,  gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0