Ovçu, arxiv şəkli

Ortada qalmış cəmiyyət kimdir günahkar?

251
(Yenilənib 11:52 30.06.2020)
Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan "Özsüt"ün yeni bir binası tikildi

İradə Cəlilova, Sputnik Aərbaycan

BAKI, 30 iyun — Sputnik. Ovçular Cəmiyyəti uzun illərdir fəaliyyət göstərir. Ancaq cəmiyyətin qara günləri 15 ilə yaxındır ki, davam edir. Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə olan problemlər, sonra isə cəmiyyətə 1960-cı ildən mənsub olan binanın sökülməsi azərbaycanlı ovçulara göz açmağa imkan vermir.

2017-ci ildə cəmiyyətin Mətbuat prospektində olan binasının sökülməsinə qərar verildi. Lakin ərazidə olan 54 ağacın tikinti şirkəti tərəfindən məhv edilməsinə cəmiyyət susmadı. Məsələyə ölkə başçısı qarışdı. Ərazidə park salındı. Ovçular Cəmiyyəti isə sözün əsl mənasında ortada qaldı. Cəmiyyətin sədri məsələni qanuni yolla həll etmək üçün məhkəməyə müraciət etdi. Amma məhkəmə çəkişmələri 3 ildir ki, davam edir və demək olar ki, heç bir nəticə yoxdur.

Sputnik Azərbaycan Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfovla söhbətində bir daha bu məsələyə toxunub:

- Füzuli müəllim, pandemiya dövrüdür, ov mövsümü də açıq elan edilməyib, ofisiniz də yoxdur. Vəziyyət göz qabağında olsa da, bir daha yaşadığınız hadisələrə aydınlıq gətirməyinizi istərdim.

- Ovçular Cəmiyyətinin fəaliyyəti qış fəslində normal olur. Pandemiya dövrü də yay fəslinə düşdüyü üçün bu, həqiqətən, bizim cəmiyyətə böyük zərər vurdu. Fəaliyyətimizi sıfıra endirdi. Bizim əsas işlərimiz rayonlarda olan təsərrüfatlardadır. Ancaq gediş-gəliş olmadığına görə işimiz tamam dayanıb.

© Sputnik / Irade JELIL
Ovçular Cəmiyyətinin sədri Fizuli Əşrəfov

Digər tərəfdən, bizə də digər fəaliyyət sahələri kimi zərər dəysə də bizim fəaliyyət koduna heç bir dövlət yardımı düşmədi.

Biz bununla bağlı Vergilər Nazirliyinə müraciət etdik. Bildirildi ki, sizin fəaliyyət növünüz Nazirlər Kabinetinin qərarında yer almış yardım alan fəaliyyət sahələrinə uyğun deyil. Yəni bir tərəfdən pandemiya, digər tərəfdən bizə yardımın düşməməsi cəmiyyətin vəziyyətini sıfıra endirib.

- Səhv etmirəmsə, üç il əvvəl cəmiyyətin Mətbuat prospekində olan binası söküldü. Böyük qalmaqal da yaranmışdı. Vəziyyət necədir, sizi yeni ofislə təmin etdilərmi?

- Bizim Milli Məclislə razılaşmamız-müqaviləmiz var idi. Həmin müqaviləyə əsasən, bizim binanın yerində bina tikiləcək və bizə 2500 kvadrat metr təmirli yer veriləcəkdi. Bu bizə sərf edirdi. Amma tikinti şirkətinin səhlənkarlığı üzündən bu məsələ alınmadı. Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan "Özsüt"ün yeni bir binası tikildi.

Binamız birbaşa Hacıbala Abutalıbovun nəzarəti və təşkilatçılığı ilə söküldü. Biz istədik ki, bu məsələni qanuni yolla həll edək, məhkəməyə müraciət etdik. Məhkəmə dəfələrlə təxirə salındı. Sonuncu dəfə keçən ay məhkəmə oldu. "Baksovet"dən də nümayəndə dəvət edilmişdi. Onlar bildirdilər ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməyib. Ancaq bizim şahidlərimiz var ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Ətraf bağlandı, ağaclar çıxarıldı və bina söküldü.

Yaxşı, tutaq ki, bina dövlət tərəfindən söküldü, park dövlət tərəfindən salındı. Bəs "Özsüt" orada niyə tikildi?

Məhkəmə yenə avqust ayına təxirə salındı. İndi biz 3 ildir ki, qalmışıq çöldə. Ümid edirik ki, məhkəmə müsbət qərar verər. Bizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, çox demirik, elə o "Özsüt" boyda bina verilməlidir.

Bizim cəmiyyət Heydər Əliyev dövründə fəaliyyət göstərən bir cəmiyyətdir. İndi haqlı ola-ola haqsız çıxarılıb, küçədə qalmışıq.

- Bir ara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də müəyyən problemləriniz var idi. İndi vəziyyət necədir?

- Muxtar Babayev çox uğurlu təyinatdır və əvvəlki nazirdən fərqli bir adamdır. Bizi müsbət qarşıladı, söhbət etdik. Müəyyən məsələləri elə yerindəcə həll etdi.

Cəmiyyətimizin rayonlarda böyük ov təsərrüfatı əraziləri olub. Biz həmin əraziləri müqavilə ilə icarəyə götürmüşdük. Həmin müqavilə keçmiş nazirin vaxtında birtərəfli formada pozulmuşdu. Biz yenidən müraciət etdik. Ancaq bizə bildirildi ki, həmin ərazilər daha Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deyil, Əmlak Komitəsinin balansındadır. Bu dəfə Əmlak Komitəsinə müraciət etdik. Bizə bildirilib ki, həmin yerlər hələ ki, kadastra salınmayıb. Peyklə həmin yerlər çəkilməli, kadastra salınmalıdır. İki ilə yaxındır ki, həmin torpaqlar Əmlak Komitəsinin balansındadır, amma kadastr edilib, reyestrə salınmır. Ov mövsümünün açılışına da az qalıb.

Bizim götürmək istədiyimiz yerlər tikinti üçün yararlı yerlər deyil. Bizə qamışlıq, bataqlıq ərazilər lazımdır ki, orada quşlar olsun. Dəvəçidə, Şorabadda belə ərazilər var. Bu torpaqlardan bizə verilsə, biz dövlətimizə də xeyir verə bilərik.

Xatırladım ki, cəmiyyətimizin 25 mindən çox üzvü var.

251
Əlaqədar
Azərçin Muradov: "O kitab bizim utanc yerimizdir"
Həftəsonu, payız, beşatılan: On gün qov, bir gün ov
Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar
Distant təhsil, arxiv şəkli

Onlayn dərslərdən yayınan müəllimlərə xəbərdarlıq

4
Yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.

O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.

4
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

2
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

2
Prezident İlham Əliyev Füzuli rayonunda

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:43 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0