CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir

© Sputnik / Ilham MustafayevMetalişləmə ustası
Metalişləmə ustası  - Sputnik Azərbaycan
Abunə olmaq
Bədii metal işləmə növündə qiymətli sənət əsərləri yaradan qazaxlı sənətkar deyir ki, bu qədər bahalı və incə işləri kiminsə ovda, yaxud evdə ət doğramaq üçün istifadə etdiyinə inanmır.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Qazaxlı sənətkar Qafur Nəbiyev bədii metal işləmə növündə qiymətli sənət əsərləri yaradır. Onun əl işləri arasında baltalar, bıçaqlar, şamdan və mücrülər geniş yer alır. Hər işinin üzərində böyük həvəslə işləyən gənc sənətkarın əsas məqsədi sərgilərdə iştirak edərək bu əsərləri dünyaya tanıtmaqdır.

Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində Q.Nəbiyev uşaqlıqdan bıçaq, balta və digər ləvazimatlar hazırlamğa həvəsli olduğunu, bu səbəbdən də ali təhsilini incəsənət üzrə almağı qərarlaşdırdığını deyib. Lakin qabiliyyət imtahanları vaxtı səhhətində problem yarandığından, Koorporasiya Universitetinə qəbul olub. İstehlak malları sahəsində ekspert təhsili aldıqdan sonra bir müddət ixtisası üzrə işləsə də, incəsənətə olan marağı onu yenə yaradıcılığa yönəldib. Bir neçə il ağac üzərində oyma işləri görən usta metalişləmə sənətini özünə daha yaxın hiss edərək bu sahədə çalışmağa başlayıb. Az müddətdə sözügedən zövq və ustalıq baxımından seçilən əl işləri ərsəyə gətirib. Bir əsərin ərsəyə gəlmə prosesini Q.Nəbiyev belə izah edib:

© Sputnik / Ilham MustafayevQazaxlı sənətkar Qafur Nəbiyev
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir - Sputnik Azərbaycan
Qazaxlı sənətkar Qafur Nəbiyev

"İlk olaraq ideya beyində yaranır. Sonra o qələmlə kağız üzərində eskizə çevrilir və ölçüləri götürülərək polad, sümük yaxud buynuz üzərində işlənməyə başlanır. Ola bilər ki, hansısa bir naxış işləyən vaxt dəyişir, amma bu ümumi işə o qədər də təsir etmir", - deyə usta məlumat verib.

© Sputnik / Ilham MustafayevQazaxlı sənətkar Qafur Nəbiyevin alətləri
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir - Sputnik Azərbaycan
Qazaxlı sənətkar Qafur Nəbiyevin alətləri

Usta hazırladığı əl işlərinin hər hansı bir ölkəyə aid silah növünə oxşamasına baxmayaraq, onların üzərinə yalnız milli naxışlar vurduğunu bildirib. Lazım olan materialları isə Ukrayna və Türkiyədən gətirtdiyini söyləyib:

© Sputnik / Ilham MustafayevQazaxlı sənətkar Qafur Nəbiyev iş başında
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir - Sputnik Azərbaycan
Qazaxlı sənətkar Qafur Nəbiyev iş başında

"Bıçaq və baltalar üçün lazım olan xammalı Ukrayna və Türkiyədən lövhə formasında gətirdirəm. Burada onu ölçüyə salıb düzəldirəm. Sonra isə əsas hissə olan şəbəkə və naxış işlərini görürəm. Bu əl işləri hamısı həqiqi bıçaqlardır. Həm davamlılığı, həm keyfiyyəti heç bir bıçaqdan geri qalmır. Lakin mən bunları soyuq silah kimi deyil, incəsənət nümunəsi olaraq hazırlayıram. Bu qədər bahalı və incə işləri inanmıram kimsə ovda, yaxud evdə ət doğramaq üçün istifadə etsin", - deyə sənətkar əlavə edib.

© Sputnik / Ilham MustafayevQazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir - Sputnik Azərbaycan
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi

Əl işlərinin dəyəri haqda danışan usta bu əsərlərin çox qiymətli olduğunu da bildirib:

"Bu, gümüş işləmələrdir. Qızıl da olur. Gələcəkdə fil sümüyü üzərində də işləmək fikrim var. Ona görə bu əl işlərinin qiyməti olduqca baha hesablanır. Düzdür almaq istəyənlər olub, amma mən bunları sərgi üçün hazırladığımdan heç birini satmamışam", - deyə bildirib.

© Sputnik / Ilham Mustafayev
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi - Sputnik Azərbaycan
1/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
© Sputnik / Ilham Mustafayev
Qazaxlı sənətkar Qafur Nəbiyev  - Sputnik Azərbaycan
2/5
Qazaxlı sənətkar Qafur Nəbiyev
© Sputnik / Ilham Mustafayev
Qazaxlı sənətkar Qafur Nəbiyev  - Sputnik Azərbaycan
3/5
Qazaxlı sənətkar Qafur Nəbiyev
© Sputnik / Ilham Mustafayev
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi - Sputnik Azərbaycan
4/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
© Sputnik / Ilham Mustafayev
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi - Sputnik Azərbaycan
5/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
1/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
2/5
Qazaxlı sənətkar Qafur Nəbiyev
3/5
Qazaxlı sənətkar Qafur Nəbiyev
4/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi
5/5
Qazaxlı sənətkar Qafur Nəbiyevin əl işi

Qafurun əl işləri sosial şəbəkələrdə paylaşıldığından, ölkəmizdə, o cümlədən qonşu Türkiyədə də marağa səbəb olub.

Xəbər lenti
0