Buzovnada ürəkləri dağlayan mənzərə - bir günlük körpələrin dəfn olunduğu yer

301
(Yenilənib 16:58 28.06.2020)
Buzovnada "Xrustalnı" deyilən ərazidə bir qəbiristanlıq var. Oradakı kimsəsizlərin və körpə uşaqların məzarları ürək dağlayan mənzərə yaradır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Kimsəsizlər, atılmışlar, tərk edilmişlər, bəzən isə varlığına doyulmayan insanlar burada dəfn edilir.

Deyirlər ki, çox zaman burada qocalar evinin sakinləri dəfn edilir. Bura onların torpağa qarışdığı, əbədiyyətə qovuşduğu yerdir. Kimsəsizlər qəbiristanlığı...

Sputnik Azərbaycan xəbər verir ki, Buzovnada "Xrustalnı" deyilən ərazidə bir qəbiristanlıq var. Əslində bura ümumi qəbiristanlıq olsa da, bir kənarında kimsəsizlər dəfn edildiyi üçün, hamı buranı "kimsəsizlər qəbiristanlığı" kimi tanıyır.

© Sputnik / Irade JELIL
Kimsəsizlər məzarlığı

Kimsəsizlərin daha çox dəfn edildiyi ərazidə 200-ə yaxın məzar var.

Onların yarıdan çoxu körpələrin məzarıdır. Bura 1 günlük, 5 günlük, 5 yaşlı uşaqlar dəfn edilib.

© Sputnik / Irade JELIL
Kimsəsizlər məzarlığı

Qəbiristanlıqda çalışan Məşədi İmran Əliyev deyir ki, kimsəsizlər dövlət, məscid və ya pirlər tərəfindən dəfn edilir: " Kimsəsizlər dünyasını dəyişdiyi zaman bir müddət morqda saxlanılır. Bu müddət ərzində onların yaxınlarının axtarılması üçün elan verilir. Həmin müddət bir ay da ola bilər. Şəxsin yaxınları tapılmadığı təqdirdə, onu gətirib burada dəfn edirlər. Əvvəllər məzarların üstünə nömrə vurulurdu. Sonra ona da ehtiyac qalmadı".

Nəzarətçi qeyd edir ki, əsasən qocalar evinin sakinləri burada dəfn edilir.

Burada azyaşlı körpələrin də məzarı var. Əliyevin sözlərinə görə, onları ziyarət edənlər daha çox olur.

© Sputnik / Irade JELIL
Kimsəsizlər məzarlığı

Bir körpənin məzarı başında dayanmış qadın övladını 20 il əvvəl itirdiyini deyir. Danışır ki, uşaq doğulandan bir gün sonra vəfat edib: "Həkimlər uşağın dərdini bilmədi. Bir gün yaşadı. İlk övladım olduğu üçün onu heç vaxt unuda bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün gəncliyimi onunla itirmişəm".

Kimsəsizlər qəbiristanlığında bir neçə məzar istisna olmaqla, digərlərinin üzərində heç nə yazılmayıb. Çoxunun heç məzar daşı belə yoxdur. İnsanlar dəfn edilib, baş və ayaq tərəfinə bir daş qoyulub. Zaman keçdikcə, daşlar əyilib və məzarlar bir-birinə qarışıb.

© Sputnik / Irade JELIL
Kimsəsizlər məzarlığı

Nə qədər acınacaqlı olsa da, "Kimsəsizlər qəbiristanlığı" adlanan ərazi baxımsızlıqdan xarabalığa çevrilib. Bir tərəfdə qalaqlanmış zibillər, digər tərəfdə itib-batmış daşlar qəbiristanlığın nəzarətdən kənarda qaldığını sübut edir. Burada ayağını qoyduğun hər yer məzardır.

Sözügedən qəbiristanlığa baxanda bir daha hiss olunur ki, həyatda olduğu kimi öləndən sonra da insanlara fərq qoyulur. Kiminin şəkilləri baş daşlarından boylanır, kiminin isə nəinki şəkli, heç baş daşı belə yoxdur.

301
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

7
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

7
Ofis, arxiv şəkli

Pandemiya dövründə daha bir Mərkəz yaradıldı

4
(Yenilənib 23:18 09.07.2020)
Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib.

BAKI, 9 iyul — Sputnik. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb. Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə vermək məqsədini daşıyır.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.

Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.

Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək kurslar iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.

Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə olmaqla təşkil olunacaqdır.

Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), "JW Marriot Absheron" və "Abşeron Hotellər Qrupu" çıxış edir.

4
Əlaqədar
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil