Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)

turist var, qonaq, amma Naftalan edəcəyini bilir - FOTO

358
(Yenilənib 15:09 27.06.2020)
Pandemiya ilə əlaqədar xarici turistlərin Naftalana gəlişi hələ mümkün olmasa da yerli turistlər və şəhər əhalisi yeniliyi maraqla qarşılayıblar.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Turizm şəhəri Naftalan daha bir ilkə imza atıb. Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Kiçik Pulsuz Kitabxana" anlamına gələn layihə əsasında insanlar buradan kitablar seçərək oxuya, eyni zamanda paylaşmaq istədikləri kitabı kitabxanaya əlavə edə bilərlər. Kitabxana artıq www.littlefreelibrary.org kitabxanalar reyestrinə unikal #100833 nişanı altında düşüb və ölkəmiz həmin saytın xəritəsində yer alıb.

© Sputnik / Ilham Mustafa
Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)

 “Little Free Library” layihəsinin Naftalana gətirilməsində əsas məqsəd kitabları insanlar üçün daha əlçatan etmək və onların maariflənməsində yardımçı olmaqdır. Burada istənilən şəxsin pulsuz və günün istənilən saatında fəaliyyət göstərən kitabxanadan yararlanması üçün şərait yaradılıb. Buna nəzarəti isə könüllülər öz üzərinə götürüblər. Sputnik Azərbaycan-a layihə haqda məlumat verən könüllü Günel Abbasova burada Azərbaycan dili ilə yanaşı, rus, ingilis və türk dillərində hər yaşa uyğun kitabların yer aldığını söyləyib:

 “Kitabxanamız yenidir. Demək olar ki, hər yaşa və hər zövqə uyğun kitablar toplamışıq. Oxucular burada dünya klassikləri, uşaq ədəbiyyatı, eyni zamanda ölkəmiz haqda kitablardan yararlana bilirlər. İstənilən şəxs kitabxanamızdan istifadə edə, həmçinin paylaşmaq istədiyi kitabı kitabxanamıza hədiyyə edə bilər”. 
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
  • Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)

Pandemiya ilə əlaqədar xarici turistlərin Naftalana gəlişi hələ mümkün olmasa da yerli turistlər və şəhər əhalisi yeniliyi maraqla qarşılayıblar. 

358
Əlaqədar
Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb
Bu da "distant alver": Azərbaycanda ilk satıcısız mağaza - FOTO
Orada dahi şəxslər elm öyrəniblər – Azərbaycanın ilk milli təhsil ocağı
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur
Naftalan MDB-nin kurort şəhərləri sırasında ilk üçlükdə
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

6
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

6
Ofis, arxiv şəkli

Pandemiya dövründə daha bir Mərkəz yaradıldı

4
(Yenilənib 23:18 09.07.2020)
Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib.

BAKI, 9 iyul — Sputnik. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb. Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə vermək məqsədini daşıyır.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.

Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.

Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək kurslar iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.

Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə olmaqla təşkil olunacaqdır.

Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), "JW Marriot Absheron" və "Abşeron Hotellər Qrupu" çıxış edir.

4
Əlaqədar
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil