CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusun cəngindən qaçırıldılar – Hindistandan 5 azərbaycanlı vətənə gətirildi

© Sputnik / Ilya Naymushin / Mediabanka keçid"Sukhoi Superjet 100" sərnişin təyyarəsi
Sukhoi Superjet 100 sərnişin təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

BAKI, 26 iyun – Sputnik. Gürcüstandan daha 5 Azərbaycan vətəndaşı Vətənə təxliyə olunub.

Bu barədə Sputnik Azərbaycana Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Bakıya çatdırılacaq və Atletlər Kəndindəki karantin zonasında tibbi nəzarətə götürüləcəklər. 

Qeyd edək ki, həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Azərbaycan ərazisinə daxil olan həmin şəxslər TƏBİB tərəfindən karantinə alınıb.

Xəbər lenti
0