CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ordu ilə nələr-nələr etmək olar! – VİDEO

© Sputnik / Murad OrujovВоенный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года
Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ordu dövlətin təhlükəsizliyinin qarantıdır. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir

BAKI, 25 iyun — Sputnik. Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə video-çarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, video-çarxda Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan, yeni silahların alınmasından və keçirilən genişmiqyaslı təlimlərdən bəhs olunur.

Qeyd olunub ki, ordu dövlətin təhlükəsizliyinin qarantıdır. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu daim prioritet məsələlərdən biri olub.

Videoda Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ordu quruculuğu haqqında fikirlərini bölüşüblər.

Onlar qeyd ediblər ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir.

Xəbər lenti
0