CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qohumla evliliyin mənfi nəticələri dərsliyə salınacaq

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işi təşkil ediləcək

 

BAKI, 24 iyun — Sputnik. 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərarda öz əksini tapıb. Qərara əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini, eyni zamanda erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edəcək.

Xəbər lenti
0