Ofis, arxiv şəkli

Əvvəlki kimi olmayacaq - Əmək müqaviləsinin müddətli bağlanması qaydaları dəyişir

36
(Yenilənib 18:02 17.06.2020)
İşin daimi olduğu əvvəlcədən məlum olduqda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan hallar aradan qaldırılacaq

BAKI, 17 iyun — Sputnik. Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi də təklif edilir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Belə ki, mövcud qanunvericiliyə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.

Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.

Ona görə də yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə Əmək Məcəlləsinin müvafiq maddələrində əlavə və dəyişikliklər ediləcək.

36
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

3
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

3
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

2
(Yenilənib 11:55 15.08.2020)
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

2
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

0
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

 

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

0