İmtahan, arxiv şəkli

DİM dövlət qulluğuna imtahan verən namizədlərə müraciət edib

7
(Yenilənib 19:58 16.06.2020)
Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar

BAKI, 16 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.

17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 12 iyun 2020-ci il tarixindən başlayaraq 21 iyun saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı "Təlimat" hazırlanıb. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya dqqeydiyyat@dim.gov.az elektron poçt ünvanına yaza bilərlər.

7
Nura Suri, arxiv şəkli

Nura Suri: "Mənə mesaj yazıb, istəyirlər

0
(Yenilənib 18:05 14.08.2020)
"Tikinti şirkətində Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsidir, şirkət müdiri vəzifəsi deyil".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Populyar müğənni Nura Surinin tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunması ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilib. Sputnik Azərbaycan bildirir ki, müğənni bu barədə özünün "Facebook" səhifəsində yazıb. Müğənni qeyd edib ki, pandemiyadan əvvəl də sənəti ilə paralel, digər sahələrdə də fəaliyyət göstərib: "Restoran və mağazaların açılışlarının təşkilatçılığını etmişəm. Uzun illər məşhur restoranların reklamı ilə məşğul olmuşam, tədbirlər təşkil etmişəm. Məşhurlar və jurnalistlər bunu yaxşı bilirlər, çünki keçirdiyim tədbirlərdə qonağım olublar".

Müğənni bildirib ki, vəzifəyə təyin olunduqdan sonra ondan iş istəyirlər: "Reklam işi ilə tək bu gün deyil, çoxdan məşğulam. Axı niyə bu xəbərə bir çoxu təəccübləndi, anlamadım. Tikinti şirkətində Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsidir, şirkət müdiri vəzifəsi deyil. Təəccüblü heç nə yoxdur. Maaşım yüksək deyil. Amma bu gün bu miqdarı da qazanmaq çox çətindir. Mesaj yazıb, məndən iş istəyənlər var. Mənim işim şirkətin reklamı ilə əlaqəlidir, işədüzətməylə bağlı deyil. Xahiş edirəm, mənə belə mesajlar yazmayın", - deyə müğənni əlavə edib.

Qeyd edək ki, müğənni Nura Suri tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

0
Əlaqədar
Əməkdar artist efirdə erməni mahnısı oxuyub
Hüznlü manıslar və xalqın əndişəsi
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
"La-Skala"nın azərbaycanlı opera müğənnisinin nəşi İtaliyada qalıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib

Bir bunu da keçsəm... Azərbaycanda qəbul imtahanları FOTO

3
(Yenilənib 18:05 14.08.2020)
Ölkənin 35 şəhər və rayonunda abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları təşkil olunub.

Abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları ölkənin 35 şəhər və rayonunda təşkil olunub. Biliklərin yoxlanması necə keçib? Buna Sputnik Azərbaycan-ın fotolentində baxın.

İki gün ərzində, avqustun 13-də və 14-də cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə, həmçinin I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.

İmtahanlar ölkənin 35 şəhər və rayonunda keçirilib, 2877 imtahan zalından istifadə olunub. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Avqustun 13-də keçirilən imtahanlarda 19197, avqustun 14-də keçirilən imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37299 abituriyent iştirak edib. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını veriblər.

Koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini nəzərə alaraq imtahanlar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib. Abituriyentlər tibbi maskalar taxmalı və sosial məsafəyə riayət etməli olublar. Bundan əlavə, imtahan zalına daxil olmamışdan qabaq, elektron termometrlərdən istifadə edilməklə abituriyentlərin bədən hərarəti ölçülüb. İmtahanlara bədən temperaturu 37 dərəcədən yüksək olmayan abituriyentlər buraxılıb.

3
  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı