AZAL iki gün dalbadal İstanbula uçacaq

146
(Yenilənib 22:27 14.06.2020)
Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilərlər

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

 Koronavirus testi, arxiv şəkli
© AFP 2020 / PIERRE-PHILIPPE MARCOU

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.

Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilərlər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər. 

İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaqlar.

Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaqlar. Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.

Bakı-İstanbul reyslərinə 1-ci Terminalda xidmət göstəriləcək.

İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir. Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə edilmişdir. Bir daha xatırladırıq ki, İstanbul-Bakı reysinə qeydiyyata yalnız Azərbaycan vətəndaşları buraxılacaqlar.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M.

AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalniz qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.

146
Əlaqədar
İki ölkə uçuşlarla bağlı Azərbaycanın sorğusunu cavablandırıb
AZAL sərnişinlərdən koronavirusla bağlı arayış tələb edəcək
Pandemiya dövründə ancaq belə uça bilərik - VİDEO
Azərbaycanda hava yolu ilə sərnişindaşıma qaydaları təsdiqləndi
Bakı-Naxçıvan, Naxçıvan-Bakı reyslərinə bileti alanlara şad xəbər
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Bakıda restoranların fəaliyyəti

Cərimələr effekt verir - Agentlik rəsmisi belə deyir

5
(Yenilənib 21:48 25.09.2020)
"Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var" - AQTA rəsmisi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Böyük Britaniyada pandemiya dövründə inzibati cərimələrin tətbiq olunmasından öncə və tətbiqindən sonrakı rəqəmlər ölkədə yoluxma sayının 40-60 faizədək azalmasını aşkara çıxardı. Bizdə xəbərdarlıq, maarifləndirmə olduğu halda eyni obyektdə təkrar nöqsanlar aşkarlanır. Lakin cərimə tətbiqindən sonra sahibkarlıq obyektində təkrar uyğunsuzluq hallarına rast gəlinmir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov danışıb.

O bildirib ki, cərimələrin tətbiqi həmin sahibkarlıq subyektlərini daha məsuliyyətli çalışmağa vadar edir: "Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var".

"Biz KİV-dən istifadə etməklə çox geniş təbliğat işləri görürük. Bu posterləri bütün sahibkarlıq subyektlərinə elektron şəkildə göndəririk. Biz iki həftə ərzində mehmanxanalarda apardığımız monitorinqlərdə yalnız maarifləndirmə işləri gördük. Növbəti mərhələdə isə nəzarətə başladıq və tələblərə əməl etməyənlər cərimələndilər", - E.Mikayılov əlavə edib.

O bildirib ki, daha çox aşkarlanan faktlar sırasında insanların bir masa ətrafında daha çox cəmlənməsi, işçilərin maskalardan düzgün istifadə etməməsi, müştərilərin maskasız hərəkəti yer alır: "Biz ehtiyat maskalarının verilməməsi halları ilə də rastlaşırıq. Bundan başqa, bəzi ictimai-iaşə mərkəzlərində dezinfeksiya ilə bağlı problemlərlə qarşılaşırıq".

5
Teqlər:
qaydalar, Koronavirus, epidemiya, COVID-19, karantin, maska, sahibkarlıq subyektləri, cərimələr, AQTA
Əlaqədar
Toyla yasın fərqi "olar-olmaz" məsələsində gündəmə gəldi
Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”
Otellərin mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?
Ölkəmizə milyonlar gətirəcək məhsulun xaricə ixracını əngəlləyən qurumun adı açıqlandı