Rəhim Qazıyevi döyən şəxs tapıldı Kürəkəni imiş

35
(Yenilənib 13:46 13.06.2020)
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır

BAKI, 13 iyun – Sputnik. Rəhim Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Sözçü qeyd edib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır:

"Əlavə məlumat veriləcək".

Xatırladaq ki, Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev iyunun 12-də küçədə hücuma məruz qalıb.  "Azadlıq" qəzeti sosial şəbəkədə insidentdən foto paylaşaraq R.Qazıyevin başından yaralandığını yazıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət ediblər.

35
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması

Bu il fərarilik qeydə alınmayıb

3
Cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb

BAKI, 1 oktyabr — Sputnik. Cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev bu gün "Xalq Qəzeti" qəzetində dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.

3
Teqlər:
Xanlar Vəliyev, Azərbaycan ordusu
Əlaqədar
Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi
“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri belə yola salırlar – VİDEO
Nazir: Səfərbərliyə cəlb olunan müəllimlər əvəz ediləcək
Kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı
Polis polkovniki oğlunu Qarabağa yola saldı

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib

26
Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə təqdim olunan keçid vasitəsilə abunə ola bilərlər

BAKI, 1 oktyabr — Sputnik. Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (https://t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə abunə ola bilərlər: https://t.me/joinchat/AAAAAFRJdL3rSk913o87trw

26
Teqlər:
Azərbaycan, Telegram, Milli Müdafiə Nazirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənilər yenidən Tərtər şəhərini artilleriya atəşinə tuturlar
Gecə döyüşü: Ermənistan ordusunun hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib
İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Müdafiə Nazirliyi: Son saatlarda Ermənistanın 8 döyüş texnikası məhv edilib