Termometr, arxiv şəkli

Nazirlik hava temperaturu ilə bağlı müraciət etdi

13
(Yenilənib 18:08 13.06.2020)
Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırılır.

BAKI, 13 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu +41 dərəcədən yuxarı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məlumatda bildirilib ki, məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

13

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

13
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

13
Çadır, arxiv şəkli

Azərbaycan turizmində yeni mərhələ: Hoteller turistlərə çadır təklif edəcəklər

89
(Yenilənib 20:24 24.09.2020)
"Pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Bu gün Rusiya kimi böyük ölkələrdə də yayda hotellərdə yer tapılmır. Bu gün bir çox ölkələr gəlmək istəyən turistləri geri qaytarmamaq üçün bir təcrübəni sınaqdan keçiriblər. Belə ki, bu ölkələrdə bir qədər yüksək komfortu olan, müəyyən mebellərlə təmin olunmuş çadırlar qurulur".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da bu təcrübədən yararlana bilər: "Hazırda bununla bağlı olaraq biz belə çadırlar istehsal edən bir şirkətlə danışıqlar aparırıq ki, sonradan bununla bağlı hotellərə tövsiyəmizi verək. Yəni pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq. Eyni zamanda da Bakı əhalisini rayonlara cəlb etməliyik. Bunun üçün isə müəyyən ekoturlar təşkil oluna bilər. Düşünürəm ki, Bakıda böyüyən, yaşayan biri üçün balın necə hazırlanması, arıçılıq, eyni zamanda bu kimi digər təsərrüfatlarda bir gün keçirtmək maraqlı olar. Təbii ki, bunun üçün həm də turistlərin gecələmə imkanları da təmin edilməlidir. Yəni bütün bunların olması eyni zamanda kəndlərdə turizm məqsədilə icarəyə verilən evlərin sayının artması, hotellər, hostellərin daha da inkişafı deməkdir".

"Kənddən-şəhərə" də bu addıma qoşula bilər. Lakin biz bunu görmürük. Halbuki, onların konsepsiyasında da bu malların həm də turizm məqsədilə tanıtımı nəzərdə tutulub", - deyə ekspert qeyd edib.

89
Əlaqədar
Hava limanında turistlərə görə daha bir dezinfeksiya tədbiri
Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları
Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”
Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər və yeyib-içmək
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

0
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

0
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"