: İnsanın kölgəsi, arxiv şəkli

Dilinizə əməlinizə hakim olun: İndi daha ağır bədəlini ödəyə bilərsiz

439
(Yenilənib 17:43 13.06.2020)
Hüquqşünas Azər Nağıyev bildirir ki, mənəvi zərərə görə təzminatın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Bu da məhkəmə təcrübəsində sui-istifadə və ayrı-seçkilik hallarına yol açır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Əslində bu maddələrlə bağlı Konstitusiya Məhkəməsinin qərarı da mövcuddur və indiyədək məhkəmə təcrübəsində mənəvi zərər (ziyan) ilə bağlı məsələlər həmin qərarla tənzimlənib.

Hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında mənəvi zərərə görə kompensasiya almaq məsələsindən, "Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 24.04.2020-ci il Qərarından danışıb.

O, bildirib ki, "Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 31.05.2002-ci Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

"Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd edib ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır" – deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, bundan başqa, mənəvi zərər ilə bağlı məsələlər həm də Ali Məhkəmə Plenumunun qərarı ilə tənzimlənib: "Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında müəyyən edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

 Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyil. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər".

"Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 2-ci bəndinə əsasən, Azərbaycan qanunvericiliyinin, "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presendetləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir" – deyə o bildirib.

A.Nağıyev qeyd edib ki, ümumiyyətlə, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

O bildirib ki, mənəvi zərərlə bağlı hallar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedentlərində də öz əksini tapıb: "AİHM təcrübəsinə əsasən həmin kompensasiya şəxsin məruz qaldığı ziyanla bağlıdır. Ziyana isə aşağıdakıları aid etmək olar: pul itkisi, ağrıya və əzaba düçar olma, emosional sarsıntı keçirmə".

Onun sözlərinə görə, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil: "Mənəvi zərər xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi "Koinq Almaniyaya qarşı" işdə ərizəçiyə "mənəvi narahatlıq yetirilməsinə", "Artiko İtaliyaya qarşı" işdə "tənhalıq və kimsəsizlik hisslərinə", "Younq, Cames və Vebster Birləşmiş Krallığa qarşı" işdə "alçaldıcı və təhqiredici hərəkətlərə" görə mənəvi zərər ödənilməsi qərarına gəlib. Bundan başqa, "Bartik Rusiya Federasiyasına qarşı" və "Kazmina Rusiya Federasiyasına qarşı" işlərdə də məhkəmə mənəvi əzab və məyusluq hissinə məruz qalmağı mənəvi zərər kimi qiymətləndirmiş və ədalətlilik prinsipini əsas tutaraq ərizəçiyə mənəvi ziyana görə kompensasiyanın ödənilməsini zəruri hesab edib".

Hüquqşünas qeyd edib ki, sadəcə "Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 24.04.2020-ci il Qərarı şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu tanıyıb: "Bununla da, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər".

Onun sözlərinə görə, digər tərəfdən, mənəvi zərərə görə təzminatın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Bu da məhkəmə təcrübəsində sui-istifadə və ayrı-seçkilik hallarına yol açır.

"Beləliklə, məhkəmə təcrübəmizdə mənəvi zərərin hüquqi mahiyyətini açıqlayan normalar olsa da, əsas problem onların tətbiqi zamanı yaranır. Əvvəlki qərarlarda olduğu kimi, "Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 24.04.2020-ci il Qərarında da bu məsələlərin işə baxan məhkəmə tərəfindən həll edilməli olduğu göstərilib. Yeni Qərarın əhəmiyyəti, yalnız şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin mənəvi zərərə görə ayrı-ayrılıqda təzminat almaq hüququnu tanımasıdır" – deyə o diqqətə çatdırıb.

Xatırladaq ki, "Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin 24.04.2020-ci il Qərarında (http://www.constcourt.gov.az/decision/1122) deyilib ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Məcəllənin 21.1 və 23-cü maddələrinin Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin müddəaları baxımından şərh edilməsini xahiş edib. Müraciətdə şəxsin ölməsi nəticəsində onun bütün ailə üzvlərinin mənəvi zərərə görə kompensasiya almaq hüququnun olub-olmaması, belə halda daha kimlərin kompensasiya almaq hüququnun olması, eləcə də ölmüş şəxsin ailə üzvlərindən birinin mənəvi zərərə görə kompensasiya aldığı halda, digər ailə üzvlərinin kompensasiya tələblərinin hansı qaydada həll edilməli olması məsələlərinə aydınlıq gətirilməsinin zəruri olduğu qeyd edilib.

Qərarda deyilib ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

439
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

6
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

6
Ankarada  epdimioloji vəziyyət

Maska taxmayan "koronavirus xəstəsi" az qala döyüləcəkdi

8
(Yenilənib 15:06 26.09.2020)
Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial sınaq olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə Nevşehir bələdiyyəsi maska taxmağa diqqəti çəkmək üçün maraqlı sosial eksperiment keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, eksperiment az qala faciə ilə nəticələnəcəkmiş. Belə ki, korona olduğunu deyərək, satıcılardan aptek ünvanı soruşan maskasız kişi az az qala satıcılar tərəfindən döyüləcəkmiş.

Bələdiyyənin maska taxmağın təbliğ edilməsinə istiqamətlənmiş sosial sınağında Ridvan Göğüs adlı aktyor maska taxmadan satıcılara yaxınlaşır, onlara virusa yolxuduğunu və aptek axtardğını bildirir.

Şəxsə satıcılar müxtəlif reaksiya göstərir. Bir nəfər isə əlinə dəyənək alaraq onu döyməyə cəhd edir.

Döyülməkdən canını qurtara bilən aktyor bunun bir sosial eksperiment olduğunu deyərək, maskasız satıcılara maska paylayıb.

8