CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərt karantin günlərində it gəzdirmək istəyənlərə xəbərdarlıq

© Sputnik / Murad OrujovМужчина с собакой в Баку, фото из архива
Мужчина с собакой в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yalnız ailə üzvləri eyni yerdə çalışdıqları halda, yaxud hər ikisinin evdən çıxmasına icazəsi varsa, buna icazə verilir"

BAKI, 12 iyun — Sputnik. “Sərt karantin günlərində itlərin gəzintisinə icazə verilsə də, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər. Kimsə öz itini iki saat gəzdirdikdən sonra gəzmək üçün qonşusuna verməməlidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. O deyib ki, ev heyvanlarının küçəyə çıxması zəruridir: "Amma kimsə özü itini gəzdirdikdən sonra qonşusuna gəzdirmək üçün verməməlidir. Gündəlik yoluxma 300 nəfərdən çoxdursa, vəziyyətin ciddiliyini nəzərə almalıyıq".

K.Əliyev həmçinin deyib ki, sərt karantin günlərində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarına öz avtomobillərində ailə üzvlərini daşımağa icazə yalnız müəyyən hallarda verilir: "Yalnız ailə üzvləri eyni yerdə çalışdıqları halda, yaxud hər ikisinin evdən çıxmasına icazəsi varsa, buna icazə verilir. Həmçinin avtomobil də sistemdə qeydiyyatdan keçirilməlidir".

Xəbər lenti
0