CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə ancaq belə uça bilərik - VİDEO

© Depositphotos.com / Nadezhda1906Девочка босиком в самолете
Девочка босиком в самолете  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qaydalara əsasən, hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq, temperaturu yüksək olan şəxslər tibb müəssisələrinə köçürülücəklər

BAKI, 11 iyun — Sputnik. Azərbaycanın Milli Aviadaşıyıcısı Azərbaycanda COVID-19 pandemiyası zamanı aviadaşımalar sahəsində bir sıra qaydalar tərtib edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərnişinlərdən həm hava limanının ərazisində, həm də hava gəmisinin göyərtəsində bir sıra sanitar-epidemioloji qaydalara riayət etmələri tələb olunacaq.

Bunun üçün xüsusi videotəlimat hazırlanıb:

Qeyd edək ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq. Həmin gün saat 15:00-da ikinci uçuş həyata keçiriləcək.

Eyni zamanda beynəlxalq uçuşların bərpası ilə bağlı qaydalar hazırlanıb və baxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub. Ancaq Azərbaycana 1 iyul tarixinə qədər beynəlxalq uçuşlar qadağandır.

Azərbaycana gələn bütün sərnişinlərin isə son 48 saatda aldıqları koronavirusdan neqativ nəticə olduğunu göstərən arayış olmalıdır. Yeni qaydalara əsasən, hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq, temperaturu yüksək olan şəxslər tibb müəssisələrinə köçürülücəklər.

Xəbər lenti
0