CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər pulsuz koronavirus testi verəcəklər

© AFP 2023 / PIERRE-PHILIPPE MARCOUТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu testin cavabı 48 saat ərzində qüvvədə olacaq. Bilet satışı isə uçuşa 72 saat qalmış bağlanacaq" - Eldar Hacıyev

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda hava yolundan istifadə edən bütün sərnişinlər koronavirusa görə pulsuz test olunacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səsləndirib.

O bildirib ki, sərnişin onlayn şəkildə bilet aldıqdan sonra ona TƏBİB-in hansı laboratoriyasında saat neçədə analiz verəcəyi ilə bağlı məlumat veriləcək. Test pulsuz aparılacaq və cavablar həm sərnişinə, həm də hava limanlarına veriləcək.  Həmin sərnişin bu barədə məlumat olacaq. Bu cavab biletə tikiləcək.  Bu testin cavabı 48 saat ərzində qüvvədə olacaq. Bilet satışı isə uçuşa 72 saat qalmış bağlanacaq. Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Həmin şəxsə xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək".

Xəbər lenti
0