CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir yol tikintisinə 3 milyon ayrıldı

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidРемонт автодорог, фото из архива
Ремонт автодорог, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması üçün 2,85 milyon ayrılıb

BAKI, 11 iyun — Sputnik. Prezident İlham Əliyev "Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti
0