Meyvə tərəvəz mağazasının qarşısı, arxiv şəkli

qışımız qış oldu, yayımız yaydır: Tələb çox, təklif az, qiymət baha

342
(Yenilənib 15:42 11.06.2020)
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, nazirlik heç bir məhsulun qiymətinin müəyyənləşdirilməsində iştirak etmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. İyun ayının ilk ongünlüyünü geridə qoysaq da, bazarlarda meyvələrin qiyməti ucuzlaşmır. Hər il çox ucuz qiymətə aldığımız məhsullar bu il həddən artıq bahadır. Gilas, çiyələk, əriyin qiyməti 3-5 manat arasında dəyişir.

© Sputnik / Irade JELIL
Bazarda vəziyyət

Fermerlər bunu ölkədə olan koronavirus pandemiyası ilə əlaqələndirirlər. Onlar bildirilər ki, bölgələrə giriş-çıxışın bağlı olması paytaxta gətirilən meyvə-tərəvəzin qiymətinə yetərincə təsir edir. Belə ki, hansısa bölgədə 1 manata satılan ərik paytaxta gəlib çıxana qədər üzərinə əlavə xərclər yüklənir. Bu qiymət məhsulun üzərinə gəldikdə isə təbii ki, qiymət nisbətən baha olur.

"8 km" bazarında meyvə satışı ilə məşğul olan Sahib Həsənovun sözlərinə görə, bazarda qiyməti tələb və təklifin uyğunluğu müəyyənləşdirir. Tələb çox, təklif az olduqda qiymət bahalaşır: "Hazırda təkliflər azdır. Koronavirus pandemiyası bəzi fermerlərdən də yan keçməyib. Yolların bağlı olması isə alverçilərin çörəyini əlindən alıb. İndi çox az halda hansısa alverçi meyvə bağlarından meyvəni yığıb paytaxta gətir bilir. Buna görə də qiymətlər yüksəkdir".

Satıcının sözlərinə görə, qiymətin baha olmasına baxmayaraq, alıcı azlığı hiss edilmir. Yəni gətirilən mal 2-3 günə satılır. Bu da bir daha sübut edir ki, alıcı üçün qiymət fərqi yoxdur.

© Sputnik / Irade JELIL
Bazarda vəziyyət

Digər satıcı Gülmirə Şabanova da qiymətlərin baha olduğunu etiraf edir. Onun sözlərinə görə, buna səbəb bu il məhsulun az olmasıdır: "Baxın, nə qış kimi qış yaşadıq, nə yay kimi yay yaşayırıq. Bu bizə belə təsir edirsə, meyvə tərəvəzə də təsir edir. Bəzi regionlarda bu il məhsul az olub. Bir tərəfdən də yolların bağlı olması problem yaradır. Məsələn, ötən illərdə alverçilər də rahatlıqla mal gətirə bilirdi. İndi ancaq fermerlər bu işi görə bilir. Təbii ki, yol xərcləri, məhsulun əl dəyişməsi qiymətin bahalaşması ilə nəticələnir".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik heç bir məhsulun qiymətinin müəyyənləşdirilməsində iştirak etmir.

© Sputnik / Irade JELIL
Bazarda vəziyyət

"Belə bir mexanizm yoxdur. Çünki sərbəst, bazar iqtisadiyyatıdır. Bazarda qiymətlər tələb və təklifə görə müəyyən edilir", – deyə o bildirib.

V.Hüseynov əlavə edib ki, bölgələrdəki qiymətlərlə paytaxtdakı qiymətlər arasında hər zaman fərq olub. Buna səbəb nəqliyyat xərcləri, məhsulun son satış nöqtəsinə çatanda üzərinə gələn marjadır. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, görərik ki, qiymətlər ötən illə müqayisədə aşağıdır.

© Sputnik / Irade JELIL
Bazarda vəziyyət

Qeyd edək ki, hazırda bazarlarda meyvələrin qiyməti onların keyfiyyətinə görə dəyişir. Məsələn çiyələyin qiyməti 1,5 manatdan 5 manata qədər dəyişir. Seçim isə təbii ki, alıcının haqqıdır.

Bazarlarda ərik 2-5 manat, gilas 2-11 manat, göycə 3-9 manat, şaftalı 4-8 manat, alma 2-8 manata, banan 2-8 manata satılır.

342
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

5
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

5
Ofis, arxiv şəkli

Pandemiya dövründə daha bir Mərkəz yaradıldı

3
(Yenilənib 23:18 09.07.2020)
Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib.

BAKI, 9 iyul — Sputnik. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb. Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə vermək məqsədini daşıyır.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.

Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.

Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək kurslar iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.

Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə olmaqla təşkil olunacaqdır.

Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), "JW Marriot Absheron" və "Abşeron Hotellər Qrupu" çıxış edir.

3
Əlaqədar
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil