CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daxili uçuşların başlayacağı tarix bəlli oldu

© Photo : AZALПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə karantin rejimi və Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılıb

BAKI, 9 iyun — Sputnik. “İyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulur”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur.

“Sonra uçuşlar artırıla bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Operativ Qərargahın verdiyi qərarla ölkədə karantin rejimi və Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılıb.

Xəbər lenti
0