CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya "həbs olunanların" pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO

© Sputnik / Irade JELILMərkəzi Nəbatat Bağı
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
Abunə olmaq
Karantin günlərindən sonra istirahət etmək, təbiətlə qol-boyun olmaq istəsəniz, Nəbatət bağına gedin. Güllərin qoxusu, hovuzlar və sakitlik sizə xüsusi rahatlıq verəcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Karantin dövründə bölgələrə çıxışın olmadığı vaxtda Nəbatət bağı Bakı sakinlərinin istirahət mərkəzinə çevrilib. Son günlər bağın son illərdə görmədiyi qədər ziyarətçiləri olub. Bakıdan kənara çıxa bilməyən paytaxt sakinləri istirahət üçün bu məkanı seçirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Bakıda Nəbatət bağının salınması üçün təkliflər 1930-cu illərdə verilib. 1932-ci ildən isə bağın salınmasına başlanılıb. 1935-38-ci illərdə ərazidə istixanalar, institut binası, emalatxanalar və digər binaların tikintisinə start verilib.

© Sputnik / Irade JELILMərkəzi Nəbatat Bağı
Bakıya həbs olunanların pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO - Sputnik Azərbaycan
Mərkəzi Nəbatat Bağı

Bağ 2000-ci ilə qədər Botanika İnstitutunun şöbəsi hesab edilib. Ötən əsrin 50-60-cı illərində bağda ciddi suvarma problemləri yaşanıb. 1960-cı ildə Ceyranbatan su anbarından bağa su verilib. Həmin ildən 1978-ci ilə qədər olan dövr bağın çiçəklənən dövrü hesab edilir.

Nəbatət bağı hər gün 9.00-dan 18.00-a qədər və müəyyən edilmiş saatlarda ziyarətçilərin üzünə açıqdır.

© Sputnik / Irade JELILMərkəzi Nəbatat Bağı
Bakıya həbs olunanların pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO - Sputnik Azərbaycan
Mərkəzi Nəbatat Bağı

Bağın qaydalarına görə, hava qaralmağa başlayanda ziyarətçilər bağı tərk etməlidirlər. Buna görə də bağ yay aylarında axşam 19.00-da, qışda isə 18.00-da bağlanır.

Qaydalara görə, bağda piknik keçirmək, bitkiləri və gülləri qırmaq, od qalamaq, topla oynamaq, velosiped sürmək, heyvan gəzdirmək, zibilləmək, etik normalara zidd hərəkətlər etmək, təcrübə sahələrinə daxil olmaq və bitkilərə toxunmaq qadağandır.

© Sputnik / Irade JELILMərkəzi Nəbatat Bağı
Bakıya həbs olunanların pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO - Sputnik Azərbaycan
Mərkəzi Nəbatat Bağı

Qaydalara əməl etməyənlər bağdan çıxarılırlar.

Bağa giriş yaşı 18-dən yuxarı olan, həmçinin qrup şəklində gələn bütün ziyarətçilər üçün – 1 manat, 6 yaşa qədər uşaqlar qrup şəklində gəldikdə adambaşı 50 qəpik, təqaüdçülər, əmək veteranları, yaşı 6-dan 18-dək olan uşaqlar valideyn ilə gəldikdə 50 qəpikdir.

© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
1/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
2/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
3/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
4/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
5/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
6/7
© Sputnik / Irade JELIL
Mərkəzi Nəbatat Bağı - Sputnik Azərbaycan
7/7
1/7
2/7
3/7
4/7
5/7
6/7
7/7

Avtomobillərin park edilməsi isə 1 manatdır. Qaydalarla müəyyən edilmiş şəxslər üçün isə bağa daxil olmaq pulsuzdur. Bura Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə), şəhidlərin ailə üzvləri, əmək qabiliyyəti olmayanlar, 6 yaşadək olan uşaqlar daxildir.

Karantin günlərindən sonra istirahət etmək, təbiətlə qol-boyun olmaq istəsəniz, Nəbatət bağına gedin. Güllərin qoxusu, hovuzlar və sakitlik sizə xüsusi rahatlıq verəcək.

Xəbər lenti
0