CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Damda kabab sevdası onlara baha başa gəldi

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidМужчина жарит шашлык, фото из архива
Мужчина жарит шашлык, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda evlərdən birinin damında domino oynayanlar və kabab bişirənlər polis tərəfindən cəzalandırılıb.

BAKI, 7 iyun - Sputnik. Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı  PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Paytaxtın Nizami rayonunda da xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəm küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Xəbər lenti
0