Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər

Bakı əhli: Biz karantin dönəmi görmüş adamlarıq... - FOTO

227
(Yenilənib 17:59 02.06.2020)
Hətta karantin dönəminə qədər həyatın adiləşdiyini, bu dövrdən sonra verilən çərçivəli azadlığın isə zövqlü olduğunu iddia edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin mart ayından ölkədə xüsusi karantin rejimi elan edilmişdi. Ticarət mərkəzləri, kafe-restoranlar, park və əyləncə mərkəzləri vətəndaşların üzünə bağlanmışdı.

İnfeksiyaya yoluxmamaq üçün Nazirlər Kabineti yanında operativ qərargah vətəndaşlara "evdə qal" çağırışı edir, icazəsiz evdən çıxanlar cərimə edilirdilər.

Təhsil müəssisələri, iş yerləri bağlı olduğu və küçəyə çıxmaq istisnalar olmaqla qadağan edildiyi üçün vətəndaşlar depressiya yaşayır, karantin günlərinin bitəcəyini səbirsizliklə gözləyirdilər.

Evdə qalmaq əksər vətəndaşlara psixoloji baxımdan da mənfi təsir göstərmişdi.

© Sputnik / Irade JELIL
Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar

Bunu yollarda nəqliyyat vasitələrinin hərəkəti zamanı müşahidə edilən aqressiya, karantin günlərində baş verən ağır qəzaların çoxluğu da sübut edir.

Və tədricən xüsusi karantin rejimi yumşaldılmağa başladı. Sanitar rejimi qəbul edildi, maska taxmaq şərt oldu.

Bir neçə gün öncə isə, Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərək, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirildi.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər.

© Sputnik / Irade JELIL
Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı dənizkənarı bulvarda olub, vətəndaşlarla karantin dövrü və yeni tətbiq edilən cərimələrlə bağlı söhbət edib.

Bakı şəhər sakini Cəmilə Abbasova deyir ki, karantin dövrü onun üçün çox ağır keçib. Hətta bir müddət öləcəyini də düşünüb: "Bəli, martın ortalarında ağır bir vəziyyət vardı. Sanki pandemiyanı qapımızın kəndarında hiss edirdim. Sanki qapını açsam, içəri girəcək. Çörək almağa gedəndə belə, maska və əlcəkdən istifadə edirdim. Evə qayıtdıqdan sonra əllərimi bir neçə dəfə sabunla yuyur, spirtlənirdim. Yaşlı anam üçün daha çox qorxurdum. Bazarlıq etməmişdim. Heç nə gözümdə deyildi".

© Sputnik / Irade JELIL
Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar

C.Abbasova vurğulayır ki, o ağır dönəmdən sonra maska taxmaq onun üçün problem deyil. Maska taxılmadığı üçün tətbiq ediləcək cərimələri də dəstəkləyir.

Bakı sakini hesab edir ki, cərimələr tətbiq edilməsə, insanlar xəstə olsalar belə, maskadan istifadə etməzlər. Bu isə xəstəliyin sürətlə yayılması ilə nəticələnə bilər.

Digər Bakı sakini, 68 yaşlı Abdulla Əliyev üçün də karantin dönəmi ağır keçib. Övladlarının onu həyətə belə buraxmadığını deyən A.Əliyev artıq rahat nəfəs ala bildiyini deyir: "Mən hər zaman həyət-baca adamı olmuşam. Və birdən-birə karantin tətbiq edilir və evdən çıxmağıma icazə verilmir. Ürəyim partlaya bilərdi. Düzdür, uşaqlarım qorxurlar ki, xəstəliyə yoluxsam, ölərəm. Amma düzünü deyim, ay qızım, evdə qalmaq da ölüm kimi bir şey idi".

A.Əliyev maska taxmamaqla bağlı tətbiq ediləcək cərimələrin ölkə üçün əhəmiyyətli olduğunu hesab edir.

"İstər mart-aprel ayında tətbiq edilən cərimələr, istərsə də indi olanlar lap yerində tətbiq edilir. Yoxsa heç kim qorunmaz. Bu xəstəliyə inanmaq lazımdır. Yaşlı adamam, yanımdan yel ötəndə xəstələnirəm. Niyə kiminsə xəstəliyi mənə yoluxmalıdır ki?" - deyə o qeyd edib.

  • Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər
    © Sputnik / Irade JELIL
  • Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər
    © Sputnik / Irade JELIL
  • Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar
    © Sputnik / Irade JELIL
  • Bakıda uşaqlar karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda oynayırlar
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
Bakı sakinləri karantinin yumşaldılmasında sonra Dənizkənarı Milli Parkda gəzirlər

Bu gün Bakı sakinləri karantin dönəminin yumşaldılması zövqünü yaşayırlar. Valideynlər uşaqları ilə dənizkənarı parka çıxır, saatlarla gəzirlər.

Bakı sakinləri karantin dönəminin əhəmiyyətli hesab edirlər.

Hətta karantin dönəminə qədər həyatın adiləşdiyini, bu dövrdən sonra verilən çərçivəli azadlığın isə zövqlü olduğunu iddia edirlər.

Uşaqlarına "biz karantin dövrü görmüş adamlarıq" deyib zarafat edənlər də var...

227
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (379)
Əlaqədar
Elə bilirdik bu cəhənnəmdən qurtulmuşuq - Karantinin yumşalması ilə qayıdıb
Bu gündən xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb
Millət vəkilinin fikrincə, karantin qaydalarının pozumasına görə cəzalar sərtləşməlidir
Karantin dövründə işdən çıxartma ilə bağlı 50 müraciət araşdırılır
Azərbaycanlılar karantində otura-otura Türkiyədə özlərinə mülklər alıblar
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

19
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

69
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

69
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu