CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bəzi Türkiyə vətəndaşları üçün vizanı ləğv edir

© Sputnik / Irade JELILНа турецко-азербайджанской границе
На турецко-азербайджанской границе - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.

BAKI, 31 may — Sputnik. Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.

Sazişə görə, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

İclasda Saziş təsdiq edilib.

Xəbər lenti
0