Bakı karantinin yumşaldılmasından sonra

İstirahət bayram günlərində məhdudiyyətlər ola bilər

17
(Yenilənib 19:31 29.05.2020)
"Xaricdə bu qaydalara riayət edilməməsi ilə bağlı ciddi cərimələr nəzərdə tutulur. Biz də tibbi bölgə olaraq ciddi cərimələrin tətbiqinin tərəfdarıyıq"

BAKI, 29 may — Sputnik. “Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi yenə gündəmdədir”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əgər qarşıdakı günlərdə yoluxmada artım olsa, iyun ayında və bayram günlərində məhdudiyyətlər tətbiq oluna bilər: “Eyni zamanda lokal məhdudiyyətlər də tətbiq oluna bilər”.

R.Bayramlı həmçinin istirahətlə bağlı suallara da aydınlıq gətirib. Çimərlik və akvaparklarla bağlı qaydaların tibbi-metodik göstərişlərdə əksini tapdığını vurğulayan TƏBİB sədri qeyd edib ki, fərdi sahibkarlıq subyektləri qaydalara riayət etməsələr, ciddi cərimələrlə üzləşəcəklər: “Xaricdə bu qaydalara riayət edilməməsi ilə bağlı ciddi cərimələr nəzərdə tutulur. Biz də tibbi bölgə olaraq ciddi cərimələrin tətbiqinin tərəfdarıyıq”.

R.Bayramlı bəzi xəstələrin evdə müalicə oluna biləcəklərini də deyib: “Biz artıq asimptomatik xəstələrin evdə müalicəsi barədə sənəd də hazırlamışıq. İndiyə qədər xəstəliyin əlamətləri olmayan şəxslər də xəstəxanalarda müalicə edilirdilər. Ancaq xəstəxanaların doluluq səviyyəsi artır. Gələcəkdə zərurətdən doğaraq bu qaydanı tətbiq etsək, qaydaları pozan asimptomatik xəstələrə ciddi cəza və cərimələrin tətbiqi də gündəmə gələ bilər”.

Cərimələrin məbləğinə gəlincə isə brifinqdə iştirak edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, 

bunları hazırda açıqlamaq hələ tezdir. O bildirib ki, yaxın günlərdə Milli Məclisdə cərimələr təsdiqlənəcək və elan olunacaq.

17
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Əlaqədar
Bundan sonra ikiqat diqqətli olun: hər addımınızı xəbər verəcəklər
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Mall"arın da bəxti açıldı, amma toy həvəsində olanların yox
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10