Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Bakıda koronavirusa yoluxan jurnalistin anası vəfat etdi

252
(Yenilənib 10:39 29.05.2020)
Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstəlik müalicəyə tabe olmadı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Koronavirusa yoluxan jurnalist Anar Cəfərsoyun anası Zöhrə Cəfərova vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Z.Cəfərovanın yaxınları məlumat veriblər.

Bildirilib ki, Z. Cəfərova dünən axşam saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı vardı. Mərhum Ağdamda dəfn ediləcək: "Bizə toplaşmağa icazə verilmir. Övladları Z. Cəfərovanı dəfn etmək üçün hazırda Ağdamdadırlar. Z.Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstəlik müalicəyə tabe olmadı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular".

Qeyd edək ki, Z.Cəfərova Bakı Tikiş Evində çalışan zaman koronavirusa yoluxub. Onun oğlu A.Cəfərsoy hazırda koronavirusdan xəstəxanada müalicə alır.

252
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (393)
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Ölkədə pandemiya ilə əlaqədar olaraq vəziyyət sərtləşəcək
TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı
Koronavirusa yoluxma sayında daha bir antirekord

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22