CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 175 Azərbaycan vətəndaşı Rusiyadan geri döndü

© Photo : Facebook / Azerbaijan Airlines - AZALСамолеты ЗАО "Азербайджанские авиалинии" (AZAL)
Самолеты ЗАО Азербайджанские авиалинии (AZAL) - Sputnik Azərbaycan
Abunə olmaq
Çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

BAKI, 27 may — Sputnik. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Xəbər lenti
0