Umayra Tağıyeva: “Havanın temperaturu gündən-günə yüksələcək”

56
(Yenilənib 15:20 26.05.2020)
Mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir

BAKI, 26 may — Sputnik. "Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq".

© Sputnik / Kamal Almuradlı

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar: "Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında isə xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur.

Dəyişkənlik, fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır. Bu ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir".

U.Tağıyevanın sözlərinə görə, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: "Böyük həcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir".

Xidmət rəisi bildirib ki, yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər.

"Bax elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin həmin kütlədaxili proseslər istisna deyil. 

Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman, yaz-yay dövrü üçün səciyyəvi olan iri həcmdə, sürətlə yaranan və yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq, bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur".

U.Tağıyevanın sözlərinə görə, bu il aprel ayından başlayaraq ölkəmizin ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub: "Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000-2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb.

Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır. Sinoptiklərin işi isə bütün bu hadisələrin gözlənilməz olmamasından ibarətdir".

56
Bakıda maska taxmış şəxs

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

0
"Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq".

BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.

Sputnik Azərbaycan həmin müraciəti təqdim edir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

0
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

3
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

3
(2:07 / 16.42Mb / просмотров видео: 1)

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə arzulamaq istədilər video

0
Artıq düz bir aydır ki, əsgərlərimiz ön cəbhədə əks-hücum əməliyyatlarını davam edir, torpaqlarımızı qarış-qarış qan-tərlə azad edirlər. Bakılıların cəbhədə vuruşan əsgərlərimizə nə arzu etmək istədiklərini videomuzda izləyin.

Artıq bir aydır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qızğın döyüşlər gedir. Əsgərlərimizin bizə yaşatdığı hər qələbə bizi sevindirir. Hal-hazırda bütün Azərbaycan xalqının duaları onların yanındadır.

Sputnik Azərbaycan bakılılara əsgərlərimizə öz ürək-dirək sözlərini çatdırmaq imkanı yaratmaq istəyib. Daha ətraflı – videomuzda izləyin.

Qeyd edək ki, 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə